Çində daşqın baş verib

Çində daşqın baş verib

30 İyun 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Aramsız yağışlar Çinin cənubundakı Quandun əyalətində daşqınlar meydana gətirib. Təbii fəlakətlə əlaqədar 16 min sakin evakuasiya olunub. Yerli daşqınlarla mübarizə qərargahının məlumatına görə, təbii fəlakətdən ən çox əyalətin Yançzyan şəhəri zərər çəkib. Evakuasiya olunanların 13500 nəfəri məhz bu şəhərin sakinləridir. Leysan yağışlar Mirvari çayında suyun səviyyəsinin qalxmasına səbəb olub. Quandun əyalətinin əksər yaşayış məntəqələrində elektrik enerjisi təchizatı pozulub, yollarda hərəkət qeyri-mümkün olub. Tropik mövsümi yağışlar Çinin Fuçzyan, Hunan və Siçuan əyalətlərində də problemlər yaradıb. Bu əyalətlərin rəhbərlikləri torpaq sürüşməsi və daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.

Apardı sellər "Kitay"ı

Tofiq Əliyev

O.M.