Xalq rəssamı Kamil Nəcəfovun həyatındakı "29"lar...

Xalq rəssamı Kamil Nəcəfovun həyatındakı "29"lar...

30 İyun 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

1929-cu il, 29 dekabr, nəhayət, 29 iyun...

Dekabrın 29-da Lənkəranda dünyaya göz açan xalq rəssamı Kamil Nəcəfov "Ulduz", "Uzaq Sahillərdə", "Bizim Küçə", "Bir cənub şəhərində", "Qara daşlar", "Qaçaq Nəbi", "Mən oynayacağam" və s. kimi filmlərə quruluşçu-rəssamlıq edib. Onun Azərbaycan incəsənətində misilsiz rolu olub. Düzdür, pərdə arxasında olduğundan elə də tanınmayıb. Amma kinofilmlərin işləri Kamil müəllimsiz ötüşməyib. Hələ də efirlərdə sevə-sevə izlədiyimiz, insanda nostalji hisslər yaradan filmlərdə qiymətsiz zəhməti ilə seçilən K.Nəcəfov dünən - 29 iyunda 82 yaşındaca bu işıqlı dünyanı tərk edib. Onun həyatında daha neçə-neçə 29-lar açılmadan... Allah rəhmət eləsin!

Könül Aypara