NATO Qəddafi ilə bacarmadığını etiraf etdi

NATO Qəddafi ilə bacarmadığını etiraf etdi

8 Aprel 2011 14:36
Bəyəndim (0) Bəyənmədim (0)
Məsələnin hərbi yolla həlli mümkün deyil



NATO vaxt itirmədən Liviya böhranının siyasi həllini tapmağın vacib olduğunu bildirir. РИА Новости-nin yaydığı məlumata görə, Brüsseldə NATO-nun rəsmi nümayəndəsi Oana Lunqensku jurnalistlərlə brifinqində demişdir: "Konfliktin sırf həbi həlli mümkün deyil. Ona görə də siyasi həll yolunu tapmaq zəruridir."

Çərşənbə günü Doxda Liviya üzrə təmas qrupunun iclası keçiriləcək ki, tədbirə NATO-nun baş katibi Andres Foq Rasmussen də xüsusi dəvət alıb.

Xatırladaq ki, 31 mardan etibarən Liviyada hərbi əməliyyatlar NATO rəhbərliyinə keçmişdir. "Birləşmiş müdafiəçi" kod adlı əməliyyatın məqsədi Liviyaya silah embarqosunu, hava zonasının qapadılmasını və dinc əhalinin müdafiəsini təmin etməkdir.

Bazar günü ABŞ hərbi əməliyyatlarda iştirakdan rəsmən imtina etmişdir.

O.M.