İyulda havadan nə gözləyək?

İyulda havadan nə gözləyək?

30 İyun 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

İyulda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saytının verdiyi məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlükdə tez-tez şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Temperatur gecələr 20-25°, gündüzlər 29-34° isti olacaq, ayrı-ayrı günlərdə 36-39°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 26-29° isti olacaqdır ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 17-22°, gündüzlər 30-35° isti olacaq, ayrı-ayrı günlərdə 38-42°-dək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperatur 18-21° isti olacaq ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Temperatur gecələr 12-17°, gündüzlər 22-27° isti olacaq, ayrı-ayrı günlərdə isə 30-35°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 25-28° isti olacaq ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Temperatur gecələr 17-22°, gündüzlər 27-32° isti təşkil edəcək, ayrı-ayrı günlərdə 35-39°-dək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaqdır.

Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperatur 24-27° isti olacaq ki, bu da iqlim normasından 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 15-20°, gündüzlər 25-30° isti olacaq, ayrı-ayrı günlərdə 33-37°-dək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-118 mm) olacaq.

Mərkəzi-Aran rayonlarında orta aylıq temperaturun 27-30° isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Temperatur gecələr 20-25°, gündüzlər 31-36° isti olacaq, ayrı-ayrı günlərdə 38-41°-dək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm) olacaq.

Masallı-Lənkəran-Astara Lerik-Yardımlı zonasında orta aylıq temperatur 26-28° isti olacaqdır ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Temperatur gecələr 19-24°, gündüzlər 29-34° olacaq, ayrı-ayrı günlərdə 36-39°-dək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-33 mm) olacaq.

Havanın necə olmasından asılı olmayaraq sizə aydın səma arzulayırıq.

Günel Həbib

O.M.