Hərbçilər Suriyada dinc əhalini atəşə tutub

Hərbçilər Suriyada dinc əhalini atəşə tutub

30 İyun 2011 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya hərbçiləri ölkənin şimal-şərqində hökumət əleyhinə etirazları yatırarkən dinc əhaliyə atəş açıb. Nəticədə 7 nəfər həlak olub. Onların hərbçilərin odlu silahdan açdıqları atəş nəticəsində həyatlarını itirdiyi bildirilir. Bundan əvvəl isə Suriya ordusunun onlarla tank və zirehli maşınının Türkiyə ilə sərhəddə yerləşən İdlibin Əl-Rami kəndinə girdiyi barədə məlumat yayılıb. Məlumata görə, daha sonra Suriya ordusu yaxınlıqda yerləşən bir neçə yaşayış məntəqələrində də nəzarəti ələ alıb.

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Tofiq Əliyev

O.M.