Havadan xəbəriniz olsun

Havadan xəbəriniz olsun

30 İyun 2011 12:56
701
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 20-22, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-65 faiz, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 18-23°, gündüz 33-38° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 11-16°, gündüz 23-28° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 16-21° , gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 13-18°, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-28° isti təşkil edəcək.

Günün havası könlünüzü xoş etsin.

Günel Həbib

O.M.