3 cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub

3 cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub

30 İyun 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda rəis vəzifəsi boş qalmış 3 cəzaçəkmə müəssisəsinə yeni rəislər təyin olunub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovun verdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmrləri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov 2 saylı müəssisəyə, 9 saylı müəssisənin rəis müavini Etibar Məmmədyarov isə 5 saylı müəssisəyə rəis təyin edilib. Qobustan həbsxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Osmanov isə bu həbsxanaya rəis təsdiq olunub.

Tofiq Əliyev

O.M.