Xaçmazda maşın ağaca çırpıldı
Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Rayon sakini 1981-ci il təvəllüdlü İbrahimxəlilov Cahangir Ələkbər oğluna məxsus "VAZ-2109" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü Cahangir İbrahimxəlilov aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin Xaçmazın Köhnə Xudat kənd sakini, 1982-ci il təvəllüdlü Əzimov Abuzər Arif oğlu isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
İdarəetməni itirmək həyatı itirməyə səbəb oldu.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər

















.jpg)
.jpg)
.jpg)


























































.jpg)
.jpg)
.jpg)














