Böyük Britaniyada 24 saatlıq ümumi tətil

Böyük Britaniyada 24 saatlıq ümumi tətil

30 İyun 2011 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada dövlət sektorunda çalışanlar hökumətin pensiya islahatlarına etiraz olaraq bu gün ümumi tətil elan edilib. Dövlət sektorunda çalışan 750 minədək işçinin tətilə qoşulacağı gözlənilir. Sərhəd buraxılış məntəqələrinin işçilərinin də işə çıxmaması səbəbindən Böyük Britaniyanın 7 aeroportunun operator şirkəti sərnişinləri mümkün ləngimələr barədə xəbərdarlıq edib. Həmçinin məktəblər, məhkəmələr və müxtəlif sosial müəssisələr işləməyəcək. Bu, müəllimlər üçün 127 il ərzində ilk tətil olacaq. İngiltərə və Şotlandiyada məktəblərin 45 faizinin bağlı olacağı, yalnız 40 faizinin qismən işləyəcəyi bildirilir. Qeyd edək ki, hökumətin pensiya islahatlarında təqaüd yaşının 60-dan 66-ya qaldırılması və pensiya məbləğinin azaldılması nəzərdə tutulur. Böyük Britaniyanın baş naziri Devid Kameron isə tətilin təşkilatçılarını məsuliyyətsizlikdə ittiham edib. Devid Kameron bildirib ki, orta uzunömürlülük yaş həddinin yüksəlməsi və 10 faiz büdcə kəsiri dövlət sektorunda pensiya sisteminə yenidən baxılmasını qaçılmaz edir.

Təqaüd yaşının qaldırılması xalqı da ayağa qaldırıb.

Tofiq Əliyev

O.M.