Paytaxtda ağır yol qəzası

Paytaxtda ağır yol qəzası

30 İyun 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonu ərazisi Nobel prospektində ötən gecə ağır yol qəzası qeydə alınıb. Qəza, 27 yaşlı Cəlilabad rayon sakini Niftullayev Miraş Saleh oğlunun idarə etdiyi "Mercedes"lə yolun əks tərəfi ilə hərəkətdə olan və 37 yaşlı Ramazanov İmaməli Əliabas oğlunun idarə etdiyi "Jiquli"nin toqquşması nəticəsində meydana gəlib. Qəza nəticəsində "Jiquli"nin sürücüsü İmaməli Ramazanov hadisə yerində dünyasını dəyişib. "Jiquli"də olan sərnişinlər 11 yaşlı Zeynalov Elmar Azər oğlu və 7 yaşlı Zeynalov Emin Azər oğlu xəsarət alaraq kliniki tibbi mərkəzə çatdırılıb. İlkin versiyaya görə, qəzaya "Mercedes"in sürət həddini aşması səbəb olub.

Yüksək sürət hərdən ölümü də sürətləndirir.

Tofiq Əliyev

O.M.