Daşqınlar nəticəsində Filippində 25 nəfər ölüb

Daşqınlar nəticəsində Filippində 25 nəfər ölüb

29 İyun 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Leysan yağışların yaratdığı daşqın nəticəsində Filippinin cənubunda 25 nəfər dünyasını dəyişib, 15 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti uşaqlardır. Təbii fəlakətdən Davao şəhərində təxminən 20 min ailə zərər çəkib. Bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatıb. Evləri və əkin sahələrini su basıb. Təxminən 1500 ailə müvəqqəti sığınacaqlarda yerləşdirilib. Sakinlərə yardım göstərilməsinə hərbi qüvvələr cəlb edilib. Regionda azı 50 ev tamamilə dağılıb, 214 evə ciddi ziyan dəyib.

Leysan yağışları Filippinə problem yağdırdı.

Tofiq Əliyev

O.M.