Dağıstanda elektrik-enerjisi təchizatı xətlərinin dirəyi partladılıb

Dağıstanda elektrik-enerjisi təchizatı xətlərinin dirəyi partladılıb

29 İyun 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstan daxili işlər nazirliyinin yaydığı məlumata görə, Buynaksk rayonunda naməlum şəxslər tərəfindən elektrik-enerjisi təchizatı xətlərinin dirəyi partladılıb. Partlayıcı qurğunun gücü trotil ekvivalenti ilə 10 kiloqram təşkil edib. Partlayış nəticəsində elektrik dirəyi aşıb. İlkin hesablamalara görə, partlayışın vurduğu maddi ziyan təxminən 3 milyon rubl təşkil edir.

Terrorçular nə qədər öldürülsə də terror ölmür.

Tofiq Əliyev

O.M.