"BBC" Məhəmməd Peyğəmbərdən film çəkəcək

"BBC" Məhəmməd Peyğəmbərdən film çəkəcək

29 İyun 2011 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis dövlət televiziyası "BBC" İslam aləminin peyğəmbəri Hz.Məhəmmədin (s.a.s) həyatını bir sənədli filmlə ekranlaşdıracaq. Rageh Omer adlı rejissor tərəfindən hazırlanacaq film 3 bölümdən ibarət olacaq. Bu filmdə peyğəmbərin Məkkə və Mədinədəki həyatının işıqlandırılması gözlənilir. Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Suriya və İngiltərədə çəkiləcək filmdə İslam dininin mütəxəssisləri də şərhləri ilə çıxış edəcəklər. Filmdə Hz.Məhəmmədin (s.a.s) üzünün göstərilməyəcəyi açıqlanıb.

Hz.Məhəmməd (s.a.s) sadəcə tarixi şəxsiyyət olmamışdır. O, tarixin özünü dəyişdirə biləcək fenomenal şəxsiyyət olmuşdur. Ən azı ona görə ki, katolik İngiltərənin dövlət televiziyası bu mövzuya müraciət etmişdir...

Günel Həbib

O.M.