Qəddafinin yeraltı silah-sursat kompleksi ələ keçirilib

Qəddafinin yeraltı silah-sursat kompleksi ələ keçirilib

29 İyun 2011 13:27
749
Bəyəndim (0) Bəyənmədim (0)
Silah-sursatın ələ keçirilməsi Tripoliyə yaxınlaşmaq üçün köməkdir

Liviya üsyançıları M.Qəddafi ordusunun əlindən iri yeraltı silah-sursat kompleksini ala bilib. "BBC"-nin yaydığı məlumata görə, ölkənin qərbindəki Zintan şəhəri yaxınlığında yerləşən silah anbarlarının yanında polkovnik Qəddafiyə sadiq heç bir hərbi qüvvə qalmayıb. NATO qüvvələri bu silah bunkerlərinə bir neçə gün əvvəl zərbə endirmişdi, alyans təyyarələri isə Zintan şəhəri yaxınlığında 3 tank və 6 zirehli transportyora avia-zərbələr endirib. İntensiv raket zərbələrinə baxmayaraq, Liviya üsyançıları bu bunkerlərə daxil ola biliblər. Üsyançıların komandanlığı hərbi avtomobil karvanını da məhv etdiklərini bildirir. Silah bunkerlərində aşkar edilmiş raket, pulemyot və digər döyüş sursatı indi üsyançılar tərəfindən daşınır. Üsyançılar silah-sursatın ələ keçirilməsini paytaxt Tripoliyə yaxınlaşmaq üçün kömək hesab edirlər.

Qəddafinin qəddi bükülmək üzrədir.

Tofiq Əliyev

O.M.