Kan şəhərinin gözəlliyini quş "lentə aldı"

Kan şəhərinin gözəlliyini quş "lentə aldı"

29 İyun 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Möhtəşəm film festivalı ilə adı hər il ən az bircə dəfə dünya mətbuatında yayımlanan Kan şəhərində qəribə hadisə baş verib. Fransada kamera oğurlayan göyərçin şəhər turuna çıxaraq, Kanı görüntüləməyi bacarıb. Dünyanı özünə heyran qoyan göyərçin kameranı dimdiyinin arasına alıb və azadlığa qanad çırpıb. Hər qanad çırpımında isə qaranlıq şəhəri görüntüləmiş olub. Ortaya çıxan görüntülərsə "YouTube"də izlənmə rekordları qırıb.

Video qaranlıq bir bağçadan start götürür. Kamera oğurlayan quş səmaya qalxır. Daha sonra bir binanın damına qonur. Özünü də lentə almağı yaddan çıxarmayan "qəhrəmanımız" video bitmədən son dəfə qışqıraraq, kameranın hələ də onda olduğunu bildirmək istəyir.

Nə quşlar qəfəslər üçündür, nə də qəfəslər quşlar üçün.

Günel Həbib

O.M.