Türkiyədə AKP-nin üzvləri güllələndi

Türkiyədə AKP-nin üzvləri güllələndi

29 İyun 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvləri silahlı hücuma məruz qalıb. Hadisə Kocaeli vilayətinin Çayırova rayonu, partiyanın rayon təşkilatı binasının qarşısında baş verib. Baş vermiş hücum nəticəsində partiyanın idarəçilərindən olan Əli Yüksəl və Murad Tunc yaralanıb. Qeyd edək ki, Yüksəl və Tunca cəmi 6 güllə dəyib. Xəstəxanaya çatdırılan AKP-lilərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hakim partiyanın üzvlərinin ölümünə hökm oxumaq istədilər.

Tofiq Əliyev

O.M.