Babək prospektində “Jiquli” “Qazel”ə çırpılıb

Babək prospektində “Jiquli” “Qazel”ə çırpılıb

29 İyun 2011 10:55
1 150
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayonu Babək prospektində yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin ərazidə yerləşən yol ötürücüsünün üzərində Cəfərov Anar Araz oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını Cəfərov Elnur Ramiz oğlunun idarə etdiyi "Qazel" markalı yük maşını ilə toqquşub. Qeyd edək ki, yük maşını həmin vaxt ərzaq məhsulları ilə dolu olub. Hadisənin də məhz bu səbəbdən baş verdiyi ehtimal edilir. Məlumata görə, yük yeri dolu olan "Qazel" markalı avtomaşın asta sürətlə yol ötürücüsünü qalxdığı zaman, təxminən "Xalqlar Dostluğu" dairəsinin üzərində arxadan sürətlə gələn "Jiquli"nin yoluna çıxıb. Elə "Jiquli"nin sürücüsü də qəza baş verənə qədər yük maşınının qarşıda hərəkət etdiyindən xəbərsiz olub. Avtomaşınlar ciddi əzilsə də qəza nəticəsində xoşbəxtlikdən xəsarət alanlar olmayıb.

Hərdən asta sürət də qəzaya səbəb olur.

Tofiq Əliyev

O.M.