Afinada 48 saatlıq ümumi tətil bu gün də davam edir

Afinada 48 saatlıq ümumi tətil bu gün də davam edir

29 İyun 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanın paytaxtı Afinada hökumətin sərt iqtisadi tədbirlər planına qarşı etiraz aksiyası keçirilib. Nümayişçilərlə polis əməkdaşları arasında baş verən toqquşmada 50-dək adam xəsarət alıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu, parlament binası yaxınlığında toplaşan bir qrup gəncin mağazaların şüşələrini sındırmağa başlamasından və polisi daş-qalaq etməsindən sonra baş verib. Afinanın küçələrinə 20 minədək adam çıxıb. Nümayişlər ötən gün elan olunmuş 48 saatlıq ümumi tətili müşayiət edir. Tətil isə Yorqo Papandreu hökumətinin təklif etdiyi yeni sərt iqtisadi tədbirlər planının parlamentdə bu gün başlayacaq müzakirəsi ilə eyni vaxtda elan olunub. Söhbət vergilərin artırılması və maaşların azaldılması hesabına büdcə xərclərinin olduqca azaldılmasından gedir. Dövlət və özəl sektorda çalışan işçilərin iri həmkarlar ittifaqlarının ötən gün elan etdiyi 48 saatlıq ümumi tətil bu gün də davam edir.

Vergilərin qaldırılması xalqı da ayağa qaldırıb.

Tofiq Əliyev

O.M.