Rusiya Belorusun işığını kəsdi

Rusiya Belorusun işığını kəsdi

29 İyun 2011 09:34
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb fevraldan bəri yığılıb-qalmış borcdur

Bu gün səhər saatlarında İnterfax xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanın "İnter RAO" şirkəti Belorusa ötürülən elektrik enerjisini dayandırıb. Səbəb qonşu ölkənin Rusiya şirkətinə yığılıb-qalan borcudur.

Hələ 9 iyin tarixində Belorusun fevraldan bəri ödənilməyən 50 milyon dolları analoji addımın atılmasına səbəb olmuşdu. Daha doğrusu, 400-500 MVt enerji 200 MVt-a qədər azaldılmış, təchizat yalnız 13 iyunda tam gücü ilə bərpa olunmuşdu. Buna baxmayaraq, borcun ödənilməsi barədə tərtib olunmuş qrafikin II hissəsi yerinə yetirilməmiş qaldı.

Rusiya Baş nazirinin müavini İqor Seçinin dünənki açıqlamasına görə, atılmış addım siyasi xarakter daşımır və yalnız iqtisadi məqsəd güdür. Belorus isə məsələnin siyasi tərəflərini axtarır.

Belorusun siyasəti qatranlıq olduqca onun işığını söndürən çox olacaq...

Hafiz Əhmədov

O.M.