Rusiya prezidenti öz dilinin qrammatikasını bilmir

Rusiya prezidenti öz dilinin qrammatikasını bilmir

28 İyun 2011 20:35
Bəyəndim (0) Bəyənmədim (0)
Prezidentlə təhsil naziri test imtahanı verməkdən çəkindilər

Rusiyanın INTERFAX agentliyinin yaydığı məlumata görə, bu yaxınlarda A.S.Puşkin adına Rus Dili Dövlət İnstitutunu ziyarət edən D.Medvedev burada pis vəziyyətə düşdü. Əvvəlcə rus dili günü və Puşkinin ad günü münasibətilə dahi şairin heykəli önünə əklil qoyan Medvedev sonradan təhsil naziri ilə birlikdə binaya daxil oldu. İnstitutun rektoru Yuriy Proxorov qonaqları təhsil müəssisəsinin işi ilə tanış etdi. Prezidentlə nazir magistr diplomlarının müdafiəsində şəxsən iştirak etdilər. Onlara həmçinin "İnteraktiv imla" nümunələri təqdim olundu. Bu layihənin rəhbəri yüksək qonaqlara "Грамота.ру" saytının 8 ildən bəri təhsilin inkişafında həyata keçirdiyi layihələr barədə məlumat verdi. Sonra gözlənilmədən üzünü prezidentə tutub dedi:

- Bəlkə kimisə yoxlayaq, test edək?

D.Medvedev özünü itirmədən təhsil nazirini göstərdi:

- Məsələn, təhsil nazirini.

Prezident cavab almadan sözlərinə əlavə etdi:

- Mən özüm məlum səbəblərə görə sinəmi qabağa verə bilmərəm.

Nazir də təbəssümlə cavabını açıqladı:

- Qalsın başqa vaxta.

Prezident diqqətləri üzərindən atmaq üçün davam etdi:

-Belə de...

Bir ölkənin ki prezidenti və təhsil naziri öz dilini mükəmməl bilmir, orada xalqın səsini kim anlayacaq?..

Könül Aypara

O.M.