DİN Baş Mühafizə İdarəsinin polkovniki işdən azad edildi

DİN Baş Mühafizə İdarəsinin polkovniki işdən azad edildi

28 İyun 2011 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsində kadr dəyişikliyi olub. "Oxumeni.az" "APA"ya istinadən xəbər verir ki, Baş Mühafizə İdarəsinin Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polis polkovniki Tapdıq Osmanov işdən çıxarılıb. Onun təqaüdə göndərildiyi bildirilir. Xaçmaz Rayon Mühafizə İdarəsinin rəisi, polis mayoru İmran Mahmudov həmin alayın komandiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Yaşar Əliyev bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Toplananların yerini dəyişəndə cəm dəyişmir.

Tofiq Əliyev

O.M.