Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi Milli Mətbuat Günündə keçiriləcək

Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi Milli Mətbuat Günündə keçiriləcək

28 İyun 2011 16:57
884
Bəyəndim (0) Bəyənmədim (0)

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli öz açıqlamasında bildirib ki, jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi iyulun 22-də - Milli Mətbuat Günündə keçiriləcək. Onun sözlərinə görə, binanın təməlqoyma mərasiminin may ayında keçirilməsi nəzərdə tutulsa da, bu, texniki səbəblərdən baş tutmayıb: "Təməlqoyma mərasiminin gecikməsi Fonddan asılı məsələ deyil. Hazırda binanın smeta sənədləri son araşdırmalardan keçir. Binanın təməlini Milli Mətbuat Günü qoymaq istəyirik. Həmin gün jurnalistlər üçün bayram tədbiri də təşkil ediləcək".

Jurnalistika ucaldıqca jurnalistlərin şərəfinə binalar ucalır.

Tofiq Əliyev

O.M.