Uşaq ikən gəlin olmaq təhlükəlidir

Uşaq ikən gəlin olmaq təhlükəlidir

28 İyun 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bir ingilis şirkətinin hazırladığı hesabata görə, dünyada hər il 18 milyon kiçik qız evləndirilir. Avropada 18 yaşdan kiçik "ərə gedənlərin" də sayı təxminlərin üzərindədir. Fransa və İngiltərədə 18 yaşdan kiçik evləndirilənlər 10 faiz təşkil edir. Bu xoşagəlməz statistikanın lideri Gürcüstan, ondan sonra isə Türkiyədir. Mütəxəssislər uşaq evliliklərinin xeyli təhlükəli olduğunu bildirirlər. Qız uşaqlarının öz istəkləri olmadan evləndirilmələri həm onların psixi dünyalarına zərər verir, həm də bu yaşda qadın uşaq dünyaya gətirdikdən sonra sağlamlığında problemlər ortaya çıxır.

Uşaqlıq eləyib uşaq ikən ərə getmək lazım deyil. Böyüyəndə peşman ola bilərsən...

Günel Həbib

O.M.