Fil dişi qan ağlamağa davam edir

Fil dişi qan ağlamağa davam edir

8 Aprel 2011 10:40
994
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya ölkələri Fil Dişi Sahilindən öz diplomatlarını geri çağırır. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi ilə əlaqədar Yaponiya, Hindistan və Çin öz səfirlərini xilas etmək üçün Fransa rəhbərliyinə müraciət edib.

Gecə saatlarında hərbi əməliyyat keçirən Fransa Yaponiya səfirini vertalyot vastəsi ilə ərazidən çıxarıb.

Qeyd edək ki, burada keçirilən prezident seçkiləri nəticəsində Laurent Qbaqbo məğlubiyyətini qəbul etməmiş və hakimiyyəti yeni prezident Alassane Outtaraya verməkdən imtina etmişdi.

Nəticədə Fransa və BMT qüvvələri Fil Dişi Sahilinə hərbi müdaxilə təşkil etmişdi.

O.M.