Kilsədən azan səsi eşidildi

Kilsədən azan səsi eşidildi

28 İyun 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)
Üç dinin nümayəndələri bir araya gəldilər

Amerikada ilk dəfə 32 ştatda 70-dən artıq kilsənin ayinində 3 dinin din adamları bir araya gəldilər. Onlar birlikdə dua etdilər, ictimaiyyət üçün arzularını dilə gətirdilər. "Interfaith Alliance - Dinlərarası ittifaq" və "Human Rights First -Öncə İnsan Haqları" təşkilatının rəhbərliyi altında ilk dəfə "İnancları paylaşma" mərasimi keçirildi. Bu səbəbdən 32 ştatda 70-dən artıq kilsədə yəhudilər, müsəlmanlar və xristianlar bir araya gəldilər. Din adamları müqəddəs kitablarından surələr oxudular. Vaşinqton kilsəsindən ilk dəfə azan səsi eşidildi.

Dinlər müxtəlif olsalar da, bu dinləri yaradan Allah birdir...

Günel Həbib

O.M.