“Evsen Group”un sahibinin bank hesabları dondurulub

“Evsen Group”un sahibinin bank hesabları dondurulub

28 İyun 2011 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyada həbs olunmuş, Azərbaycanda və Albaniyada fəaliyyət göstərən iş adamı Əli Evsenin bank hesabları dondurulub. "Oxumeni.az" "APA"ya istinadən xəbər verir ki, artıq Ə. Evsenin səhmdarı olduğu (93% paya malik) Albaniya Hava Yolları şirkətinin hesabı da dondurulub. Ə. Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəklə birlikdə "çirkli pulların dövriyyəsində" ittiham olunaraq həbs edilib. Hazırda onun Albaniya Hava Yolları şirkətinin bank hesabında 4,25 milyon ABŞ dolları vəsaitinin olduğu bildirilir. Qeyd edək ki, Azərbaycanda avtomobil, otel və alış-veriş mərkəzlərinin daxil olduğu "Evsen Group"un sahibi olan Ə. Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

İş adamı işə düşdü.

Tofiq Əliyev

O.M.