İslam Konfransı Təşkilatının adı dəyişdirilib

İslam Konfransı Təşkilatının adı dəyişdirilib

28 İyun 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib. Şuranın Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyasında qəbul olunan qərara əsasən təşkilat bundan sonra İslam Əməkdaşlıq Təşkilatı adlanacaq. Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri rəhbərlərinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında yaradılıb. Hazırda qurum 1,2 milyard əhalisi olan 57 ölkəni öz sıralarında birləşdirir. Qurumun mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

Köhnə təşkilat, yeni ad.

Tofiq Əliyev

O.M.