Aeroport şosesində ağır yol qəzası

Aeroport şosesində ağır yol qəzası

28 İyun 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda, Aeroport şosesində, Sabunçu körpüsünün yaxınlığında ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sumqayıt şəhər sakini Fuad Fətullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sürücü və sərnişinləri Xəyyam Bəxtiyarov, Elxan Qasımov xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Maşında olan digər sərnişin Zamiq Məcidov isə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

İdarəetməni itirmək hərdən həyatı itirmək bahasına başa gəlir.

Tofiq Əliyev

O.M.