Bu gün hava necə olacaq

Bu gün hava necə olacaq

8 Aprel 2011 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Bugün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Bugün Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyinin aprelin 09-da gündüz təzyiqin qısamüddətdə xeyli yüksəlməsi ilə güclü xəzri küləyinə keçməsi gözlənilir. Atmosfer təzyiqinin və küləyin belə təzadlı dəyişkənliyi meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsizdir.

O.M.