Lənkəranda ağır yol qəzası

Lənkəranda ağır yol qəzası

28 İyun 2011 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda bir nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına əsasən, qəza Lənkəranın Haftonu qəsəbəsinə gedən yolda baş verib. Haftonu qəsəbə sakini 41 yaşlı Abbas İbrahim oğlu Baxşiyevin idarə etdiyi "Mercedes" markalı maşınla Kərgəlan kənd sakini 22 yaşlı Cavid Müqəddəs oğlu Paşayevin idarə etdiyi "Toyota Corolla" markalı maşınlar toqquşub. Nəticədə Abbas Baxşıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib. Cavid Paşayev isə ağır vəziyyətdə təcili yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə dərhal Lənkəran rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu gəlib. İşi araşdıran müstəntiq Hikmət Ağayevin verdiyi məlumata görə, qəzaya səbəb "Toyota"nın "Mercedes"in yoluna çıxması olub.

Yollarda ehtiyatlı olun. Yoxsa bu yol sizi çox uzaqlara aparar.

Tofiq Əliyev

O.M.