Kosovada prezident bəlli olub

Kosovada prezident bəlli olub

8 Aprel 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Kosovada prezident seçkilərinin nəticələri bəlli olub. 35 yaşlı qadın general Atifə Yahaqa parlamentə 120 səsdən 80 - nini yığıb.

Üç il əvvəl müstəqilliyini qazanan Kosova tarixinə ilk qadın rəhbər kimi düşən Atifə bundan əvvəl Daxili işlər Nazirliyində işləyib və bu onun ilk siyasi qələbəsi sayılır.

Yahaqa Serbiya ilə münasibətlərin düzəldilməsində əlindən gələni edəcəyinə söz verib. Qeyd edək ki, Serbiya Kosovanın müstəqilliyini tanımır və onu öz ərazisi hesab edir.

O.M.