Ordumuzun əsgəri hərbçi yoldaşını güllələyib

Ordumuzun əsgəri hərbçi yoldaşını güllələyib

27 İyun 2011 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri Sabunçu Rayon Hərbi Komissarlığından APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər yoldaşını öldürüb. Hadisə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Məmməd Əsəd oğlu Qurbanov döyüş növbəsində olarkən xidməti silahından atəş açıb. Nəticədə Bakının Sabunçu Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Şirxan Akif oğlu İsgəndərov aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Halbuki, üzbəüz mövqedə düşmən dayanmışdı.

Tofiq Əliyev

O.M.