Bakıda 4 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib

Bakıda 4 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib

27 İyun 2011 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 4 nəfərin yaralanması ilə sona çatan kütləvi dava olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dava Səbail rayonu ərazisində baş verib. Şəhər sakini Samir Həsənov münaqişə zəminində həmyerliləri Kamil Mahmudova və Nazim Əliyevə bıçaqla xəsarət yetirib. Bu zaman K.Mahmudov daşla S.Həsənova baş nahiyəsindən, N.Əliyev isə bıçaqla hadisə yerinə gəlmiş S.Həsənovun qardaşı Elvinə çənə nahiyəsindən xəsarət yetirib. K.Mahmudov, N.Əliyev və S.Həsənov xəstəxanaya yerləşdirilib. E.Həsənova tibbi yardım göstərildikdən sonra buraxılıb, K.Mahmudovun və N.Əliyevin vəziyyətləri qənaətbəxş, S.Həsənovun vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır.

Adi məişət əşyası olan bıçaq heç də həmişə dinc məqsədlərlə istifadə olunmur.

Tofiq Əliyev

O.M.