Abituriyentlərin “Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

Abituriyentlərin “Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

27 İyun 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 26-da Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahanların nəticələrini açıqlayıb. TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 2541 abituriyentdən 1994 nəfəri imtahanda iştirak edib, 547 abituriyent imtahana gəlməyib. İmtahanın nəticələri iyunun 27-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün Azercell və Bakcell nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. İmtahanda iştirak etmiş abituriyentlərdən 936 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıb. Qeyd edək ki, Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Bütün abituriyentlərə uğurlar arzulayırıq.

Tofiq Əliyev

O.M.