Fanatlarla polis arasında toqquşma baş verib

Fanatlarla polis arasında toqquşma baş verib

27 İyun 2011 13:40
848
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinada "River Pleyt" futbol klubunun azarkeşləri komandalarının məğlubiyyəti ilə barışmayıblar. Oyunun başa çatmasına 1 dəqiqə qalmış klubun ilk dəfə yüksək liqanı tərk edəcəyi məlum olanda tribunalarda qarışıqlıq başlayıb və hakim oyunu saxlamalı olub. Polis su şırnağından istifadə edərək qəzəbli futbol azarkeşlərini sakitləşdirməyə çalışıb. Lakin daha sonra toqquşmalar paytaxt Buenos-Ayresin küçələrində davam edib. Azarkeşlər oyunun keçirildiyi stadion yaxınlığındakı məhəllədə qarşılarına çıxan hər şeyi dağıdıblar. Mağazaların vitrinləri sındırılıb, zibil qutuları və avtomobillər yandırılıb. Azarkeşlər polis əməkdaşlarına daş və içində yandırıcı maddə olan şüşə qablar atıblar. Asayiş keşikçiləri isə onlara qarşı rezin güllələr və gözyaşardıcı qazla cavab verib. Toqquşmalar nəticəsində 55 nəfər xəsarət aldığı bildirilir.

Həm azarkeşlər azarlarını öldürdülər, həm də polislər.

Tofiq Əliyev

O.M.