Ucarda avtomobil 15 metr hündürlükdən dəmiryolu xəttinin üzərinə düşdü

Ucarda avtomobil 15 metr hündürlükdən dəmiryolu xəttinin üzərinə düşdü

27 İyun 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saat 21:00 radələrində Ucar-Göyçay yolunun 4-cü kilometrliyində, Ucar şəhərindən keçən dəmiryolu xəttinin üzərindəki avtomobil körpüsündə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucar şəhər sakini, Abbasov Əli Əhməd oğlunun idarə etdiyi 35-BD-759 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qəflətən yoldan çıxıb və körpünün kənarındakı dəmir çərçivəni qıraraq 15 metr hündürlükdən dəmiryolu xəttinin üzərinə düşüb. Hadisə nəticəsində sürücü Əli Abbasov ölüb, sərnişinlər - Göyçayın Yeniarx kənd sakini Abdullayev Lətif Tapdıq oğlu və Ucar şəhər sakini Hüseynova Dilarə Soltanəli qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Ucardakı körpü həyatla ölüm arasında keçid rolu oynadı.

Tofiq Əliyev

O.M.