Timsah zəvvarı yedi

Timsah zəvvarı yedi

27 İyun 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeşdə müqəddəs heyvan sayılan timsah məbəddə zəvvarı yeyib. Xan Cahan Əli məbədində müsəlman zəvvarların vaxtaşırı timsahlar yaşayan yerə girməsinə imkan verilirmiş. Hər gün yüzlərlə zəvvar timsahları ətlə yemləyərək ürəklərində həyata keçməsini arzuladıqları niyyət tuturmuşlar. 40 yaşlı Məryəm Bequm da niyyət tutaraq timsahın yuvasına yaxınlaşıb. Ancaq timsah qadını ölümcül vəziyyətdə dişləyib. Xatırladaq ki, Xan Cahan Əli məbədində üç il bundan əvvəl də zəvvarlardan biri analoji ritualı həyata keçirərkən timsaha yem olmuşdu.

İnsanlar arasında da belə şey olur, çörək verənin üzünə qayıdırlar.

Tofiq Əliyev

O.M.