Bakıda naməlum şəraitdə bıçaqlanma

Bakıda naməlum şəraitdə bıçaqlanma

27 İyun 2011 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Rayonun Naxçıvani küçəsində yaşayan 26 yaşlı İmanov Ruslan Musaxan oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralandıqdan sonra yaxınları tərəfindən təcili qaydada 1 saylı xəstəxanaya çatdırılan Ruslanın üzərində cərrahi əməliyyat aparılıb. Hazırda yaralının müalicəsi davam etdirilir. Faktla bağlı Binəqədi rayon polis idarəsinin əməkdaşları araşdırmalara başlayıb. Qeyd edək ki, yaralı Ruslan İmanov xeyli qan itirdiyindən onu əməliyyatdan sonra dindirmək mümkün olmayıb. Zərərçəkmiş əməliyyatdan əvvəl elə yaşadığı məhəllədə tanımadığı şəxslərlə yaranmış mübahisə zamanı qəfildən bıçaqlı hücuma məruz qaldığını həkimlərə bildirib. İmanovun kim tərəfindən və hansı səbəbdən bıçaqlanması araşdırmalardan sonra məlum olacaq.

Adi məişət əşyası olan bıçaq heç də həmişə dinc məqsədlərlə istifadə olunmur.

Tofiq Əliyev

O.M.