Azərbaycanda hərbi parad keçirilib

Azərbaycanda hərbi parad keçirilib

27 İyun 2011 10:00
819
Bəyəndim (0) Bəyənmədim (0)

26 İyun - Silahlı Qüvvələr günü münasibətilə dünən paytaxt Bakıda hərbi parad keçirilib. "Azadlıq" meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Paradı dövlət və hökumət rəsmiləri, qonaqlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri də izləyiblər. Paradda 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə çoxlu sayda helikopter, hərbi gəmilər iştirak edib.

Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur.

Tofiq Əliyev

O.M.