Günün fotosu
Günün videosu
Şərhsiz
Qarabağ veteranının intiharı - RƏSMİ

Qarabağ veteranının intiharı - RƏSMİ

9 Yanvar 2015 15:55
316
Bəyəndim (0) Bəyənmədim (0)

Onun cibindən məktub tapılıb

Baş Prokurorluq Goranboy rayon sakininin intihar etməsi faktı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb. Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış "ölümümdə özüm günahkaram" sözləri ilə başlayan məktub aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edən B.Əhmədov Qarabağ qazisidir. Onun intiharının səbəbləri ilə bağlı KİV-də müxtəlif məlumatlar yayılıb.

Mediainfo.az