Bakıda 2 nəfər dəhşətli qəzada öldü - Foto

Bakıda 2 nəfər dəhşətli qəzada öldü - Foto

9 Yanvar 2015 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə magistral yolda baş verib

Lent.az dəhşətli qəza ilə bağlı ətraflı məlumat əldə edib. Məlumatda bildirilir ki, bu gün saat 09:12-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verib və vətəndaşların köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Qaradağ rayonu Lökbatan üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Cabbarov Yasin Çərkəz oğlunun idarə etdiyi Daewo Nexia markalı 25-BV-270 dövlət nömrə nişanlı minik avtomobili dəmir çəpərlərə çırpılaraq və ağır deformasiyaya uğrayıb. Nəticədə sürücü sıxılmış vəziyyətdə qalmış və çıxmaq iqtidarında olmayıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sürücünü çıxardıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən avtomobildə xəsarət almış 2 kişi sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Deformasiya uğramış avtomobildə aldığı xəsarətlər nəticəsində 2 sərnişin (bir kişi və bir qadın) hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədləri çıxardaraq Hüquq Mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Mediainfo.az