Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problem yoxdur

Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problem yoxdur

9 Yanvar 2015 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problem yoxdur. Bunu Apa-ya "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli deyib.

"Reyslərin yerinə yetirilməsində, təyyarələrin qəbul edilib, yola salınmasında heç bir problem yoxdur. Bütün reyslər qrafikə uğun olaraq yerinə yetirilir", - deyə M. Səfərli bildirib.

Mediainfo.az