Naxçıvana gedən sərnişin avtobusu təxirə salınıb

Naxçıvana gedən sərnişin avtobusu təxirə salınıb

9 Yanvar 2015 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Naxçıvana yola düşməli olan sərnişin avtobusu İrandakı kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb. AzərTAc-ın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu marşrut İranda dağlıq ərazilərdən keçir. Hava şəraiti ilə bağlı həmin ərazilərdən keçən yollar avtomobillərin hərəkəti üçün təhlükəlidir. Buna görə də reysin təxirə salınması barədə qərar qəbul edilib.

M. Abdullayev bildirib ki, ümumiyyətlə, son günlərdə Beynəlxalq Avtovağzal Kompleksində sərnişin azlığı müşahidə olunur. Bölgələrdən və beynəlxalq istiqamətlərdən gələn avtobuslar əlverişsiz hava şəraitinə görə asta hərəkət edirlər.

"Hava şəraiti ilə əlaqədar olaraq sürücülərimiz Şamaxı-Ağsu, İsmayıllı-Qəbələ avtomobil yolundan istifadə etmirlər. Hələlik hansısa ciddi problem yaşanmayıb", - deyə M.Abdullayev qeyd edib.

Mediainfo.az