Cərimələrin ödənməsi ilə bağlı yenilik

Cərimələrin ödənməsi ilə bağlı yenilik

8 Yanvar 2015 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri "ASAN ödəniş" portalından bank kartı vasitəsilə həyata keçirə biləcəklər. Məlumata görə, "ASAN ödəniş" sistemi inzibati tənbeh tətbiq edilməsi barədə qərarların vətəndaşa elektron qaydada göndərilməsini, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı ödəniş sistemidir.

İnzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri həyata keçirmək üçün sizə harasa getmək və növbələrdə gözləmək lazım deyil. Bütün ödənişləri "ASAN ödəniş" portalından bank kartı vasitəsilə və ya əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılan xüsusi "ASAN ödəniş" terminallarında nağd və ya bank kartı ilə yerinə yetirmək mümkün olacaq.

Gələcəkdə ödəniş vasitələri genişləndirilərək "Elelktron pul cüzdanı" və "İnternet/mobil bankçılıq" xidmətlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, bu sistem artıq istifadəyə verilib.

Mediainfo.az