Sumqayıtda ölümlə nəticələnən qəza
Sumqayıtda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyin mətbuat xidmətinin məlumatına görə, şəhər sakini Ramil Əsgərov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə Minarə Mədətovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər