Fransa səfirliyindəki bayraq endirildi

Fransa səfirliyindəki bayraq endirildi

8 Yanvar 2015 10:34
Bəyəndim (0) Bəyənmədim (0)
Olland üç günlük matəm elan edib

Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.

Səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.

Xatırladaq ki, dünən Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.

Mediainfo.az