Qar İsmayıllı yolunu iflic edib - FOTO

Qar İsmayıllı yolunu iflic edib - FOTO

8 Yanvar 2015 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb. O, Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: "Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə olaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik".

Mediainfo.az