Prezident: “Fransa şokdadır”

Prezident: “Fransa şokdadır”

7 Yanvar 2015 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Terror törədən şəxslər "Allahu Əkbər!", "Biz peyğəmbərə görə qisas aldıq!" deyə qışqıraraq hadisə yerindən qaçıblar

Fransa prezidenti Fransua Olland terrorçuların hücumuna məruz qalmış "Charlie Hebdo" satirik jurnalının redaksiyasını ziyarət edib. Apa -nın "Le Figaro"ya istinadən verdiyi məlumata görə, F. Olland Fransanın şokda olduğunu bildirib: "Heç bir şübhə yoxdur ki, bu, terror aktıdır".

Dövlət başçısı təhlükəsizlik sahəsi ilə məşğul olan bütün nazirlərin iştirakı ilə müşavirə keçirəcəyini söyləyib.

"Reuters" agentliyi hadisə zamanı 12 nəfərin öldüyü, azı 7 nəfərin yaralandığı haqda xəbər yayıb. Ölənlərdən ikisi polisdir. Yaralılardan 4-ü ağır vəziyyətdədir.

Şahidlər terrorçuların polislə atışaraq binadan ayrıldığı anı mobil telefonla çəkə biliblər. Qara geyimli 2 kişi "Allahu Əkbər!", "Biz peyğəmbərə görə qisas aldıq!" deyə qışqırıb. Terrorçular yoldakı avtomobillərdən birini ələ keçirərək olay yerindən uzaqlaşıblar.

Mediainfio.az