Göyərtəsində 1,5 ton kokain olan gəmi saxlanıb

Göyərtəsində 1,5 ton kokain olan gəmi saxlanıb

7 Yanvar 2015 16:26
325
Bəyəndim (0) Bəyənmədim (0)

Kokainin ümumi dəyərinin 150 mln. avro olduğu güman edilir

İspaniya polisi Venesuelaya məxsus gəmidə 1.5 ton kokain aşkarlayıb. Apa-nın "La Voz de Galicia" nəşrinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı 16 nəfər, o cümlədən tanınmış narkotik ticarətçisi Rafael Buqalyo həbs olunub.

Venesuela bayrağı altında üzən gəmin Atlantik okeanda, Kabo-Verdedən 80 mil aralıda saxlanılıb. Gəmidə 9 nəfər olub. Aşkarlanmış kokainin ümumi dəyərinin 150 mln. avro təşkil etdiyi güman olunur.

Mediainfo.az