Zahid Qaralov vəfat edib

Zahid Qaralov vəfat edib

7 Yanvar 2015 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, tanınmış ictimai-siyasi xadim Zahid Qaralov vəfat edib. YAP-ın mətbuat xidmətindən Apa-ya verilən xəbərə görə, Z. Qaralov 81 yaşında Almaniyada dünyasını dəyişib. Bir aya yaxındır Almaniyada müalicə olunan Z. Qaralov insultdan vəfat edib.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professoru, respublikanın əməkdar müəllimi olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru təyin edilib. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub. Z. Qaralov məşhur "91-lər"dən biri idi.

Allah rəhmət eləsin!

Mediainfo.az